Bank Of Baku

Uşakov: Putinlə Si Cinpin çay süfrəsində Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin

© APA | Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin

# 20 may 2026 11:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinlə Si Cinpin arasında çay süfrəsində beynəlxalq mövzular - Ukrayna, İran, ABŞ-la münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Kremlin rəsmisi Çin tərəfinin bütün beynəlxalq problemlərlə maraqlandığını, Pekinin beynəlxalq məsələlərdə çox böyük rol oynadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR