Rusiyanın hakim "Vahid Rusiya" partiyası Çeçenistan rəhbəri vəzifəsinə Ramzan Kadırovun namizədliyini irəli sürüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, qərar partiyanın Qroznıda keçirilən regional bölməsinin konfransında yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistanın rəhbəri vəzifəsini tutur. Ona qədər, 2007-2011-ci illərdə respublikanın prezidenti, 2005-2006-ci ilıərdə isə baş naziri vəzifələrini tutub.