Bank Of Baku

Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib

Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
# 17 iyun 2026 22:35 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kazanda keçirilib.

Putin Rusiya və Türkiyə arasındakı əlaqələrin çoxdan formal olmaqdan çıxdığını söyləyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər əsasən Ərdoğanın mövqeyi sayəsində dostcasına xarakter daşıyır.

Putin qeyd edib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər durmadan inkişaf edir və yeni məna qazanır ki, bu da əsasən Ərdoğanın mövqeyi sayəsindədir:

"Xahiş edirik, ona ən xoş arzularımızı çatdırın. Onu ölkəmizdə görməkdən həmişə məmnunuq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR