Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayanın saxlanılmasını təsdiqləyib.
APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, S.Babayan və daha iki şəxs “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.
İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir.
***
17:27
Bu gün İrəvanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayan saxlanılıb.
APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, bunu “DQR” “parlamenti”nin deputatı Ayk Xanumyan təsdiq edib.
S. Babayanın hansı səbəbdən saxlanıldığı hələ məlum deyil.