Bank Of Baku

ATƏT və Avropa Birliyinin rəhbərləri, ABŞ-ın vitse-prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində iştirak edəcəklər

ATƏT və Avropa Birliyinin rəhbərləri, ABŞ-ın vitse-prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində iştirak edəcəklər
# 03 iyun 2014 14:39 (UTC +04:00)

Bakı – APA. Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun iyunun 7-də keçiriləcək andiçmə mərasimində bir sıra ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ukrayna XİN-in informasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynıs artıq 20-yə yaxın ölkənin dövlət və hökumət başçılarının mərasimə qatılacaqlarını təsdiqlədiklərini söyləyib. Diplomat bildirib ki, bu, hələlik son rəqəm deyil, xarici ölkələrdən məlumatlar daim daxil olmaqdadır.

 

Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey, İsveçrənin prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, ATƏT-in baş katibi Lamberto Zanyer, Polşa prezidenti Bronislav Komorovski, Litva prezidenti Dalya Qribauskayte, ABŞ-ın vitse-prezidenti Co Bayden inauqurasiyaya qatılacaqlarını təsdiqləyiblər.

 

Andiçmə mərasimi Kiyevin Sofiya meydanında keçiriləcək. Bu gün meydanda mərasimin məşqi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR