Bank Of Baku

Belarus DSX: Ermənistandan Bolqarıstana uçan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olub

Belarus DSX: Ermənistandan Bolqarıstana uçan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olub
# 20 mart 2017 16:02 (UTC +04:00)

Belarusun hava məkanından keçməklə Ermənistandan Bolqarıstana, daha sonra isə Xorvatiyaya uçması nəzərdə tutulan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olan avadanlıq aparıldığı üzə çıxıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Belarus Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarət idarəsinin rəisi Oleq Lyaşuk bildirib.

 

Qeyd edək edək ki, martın 19-da Ermənistandan Bolqarıstana uçan təyyarə tranzit olaraq keçdiyi Belarusun Qomel aeroportunda yoxlanılan zaman göyərtəsində radioaktiv yük aşkarlanıb. Bu barədə  ilk dəfə bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili ilə bağlı iclasda Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR