Bakı-APA. Son illər Böyük Btitaniyada mühacir həyatı yaşayan tanınmış rusiyalı iş adamı Boris Berezovskinin vəfat etdiyi barədə yayılmış məlumatı onun qohumları təsdiq etməyə başlayıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Facebook” sosial şəbəkəsində Berezovskinin yeznəsi Yeqor Şuppe məlumat yerləşdirib.
“Boris Berezovski vəfat edib”, məlumatda bildirilir. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.
B.Berezovski 1946-cı ilin yanvarın 23-də anadan olub. 1991-ci ilin dekabrın 7-dən riyaziyyat, mexanika, informatika üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. 1989-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb – bir neçə iri şirkətlərin təsisçisi, aktivlərinin sahibi və top meneceri olub. Rusiyanın birinci prezidenti Boris Yeltsinin dövründə MDB-nin icraçı katibi və Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibinin müavini vəzifələrində çalışıb. 2000-ci ildən Rusiyadan kənarda yaşayıb.
Rusiyada B.Berezovskini bir neçə iqtisadi cinayətlər və dövlət hakimiyyətinə qarşı cinayət törətməkdə ittiham edirlər.