ABŞ-ın vitse-prezidenti Cey Di Vens hesab edir ki, Çin məlumat mərkəzlərinin fəaliyyəti üçün zəruri olan enerji infrastrukturunu sürətlə inkişaf etdirdiyi üçün süni intellekt sahəsində ABŞ-ni qabaqlayır.
O, bu fikirləri jurnalist Maykl Noulzaya müsahibəsində səsləndirib.
"Məncə, çinlilər süni intellekt sahəsində bizi yalnız bir məsələdə qabaqlayırlar. Onlar yeni enerji gücləri qurmaqdan çəkinmirlər, biz isə çəkinirik. ABŞ-da ekoloji hərəkat reallıqla məhz burada üz-üzə qalacaq. Əgər süni intellekt şirkətləri bunu başa düşməsələr, yeni enerji güclərinin tikintisi ilə ekoloji hərəkat arasındakı qarşıdurmanın ilk qurbanları ABŞ-dakı süni intellekt məlumat mərkəzləri olacaq", - deyə Vens bildirib.