Bakı. Şamil Əlibəyli-APA. Bişkekdə Heydər Əliyevin adını daşıyacaq park salınacaq. APA-nın məlumatına görə, bu barədə Türkdilli Ölkələrin Siyasətini Dəstək Fondundan bildiriblər.
Məlumata əsasən, aprelin 10-dan mayın 10-a qədər Qırğızıstan paytaxtında Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Bişkek meriyası tərəfindən ayrılan ərazidə park salınacaq. Tədbirdə iştirak etmək üçün Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin gələcəyi gözlənilir.