Bank Of Baku

BMT baş katibi Ukraynada atəşkəsə dair əldə olunan razılaşmanı alqışlayıb

BMT baş katibi  Ukraynada atəşkəsə dair əldə olunan razılaşmanı alqışlayıb
# 01 aprel 2017 01:56 (UTC +04:00)

BMT baş katibi  Antoniu Quterreş Ukraynanın cənub-şərqində atəşkəsə dair əldə olunan razılaşmanı alqışlayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, həmçinin münaqişə tərəflərini üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb.

 

Antoniu Quterreş Donbassda dinc əhalinin vəziyyətindən narahat olduğunu ifadə edib. O  ümidvar olduğunu bildirib ki, atəşkəs rejimi təhlükəsizlik məsələlərin həllində irəliləyişə nail olmağa imkan verəcək.

 

Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar aprelin 1-dən Ukraynanın cənub-şərqində atəşkəs rejimi elan edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR