Bakı-APA. Ermənistanın Rusiya, Qazaxıstan və Belorusiya tərəfindən yaradılmış Gömrük ittifaqına qoşulması ona avrointeqrasiya prosesində bəzi problemlər yarada bilər. APA-nın Armİnfo-ya istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Qafqaza səfəri çərçivəsində İrəvanda olan Böyük Britaniya Xin başçısının müavini Saymon Freyzer bəyan edib.
Onun sözlərinə görə, Ermənistan və Avropa İttifaqı Dərin və hərtərəfli azad ticarət zonası yaratmaq barədə müqavilə, həmçinin Assosiasiya sazişi ətrafında danışıqları davam etdirirlər. «Mən sizin Rusiya ilə dərin münasibətlərinizə hörmət edirəm, lakin hesab edirəm ki, Gömrük ittifaqına qoşulmaq avrointeqrasiya məsələsində bir sıra problemlərə səbəb ola bilər», deyə S.Freyzer bildirib.