Bank Of Baku

Çeçenistan və İnquşetiya sərhədində keçirilmiş xüsusi əməliyyat zamanı 7 silahlı zərərsizləşdirilib

Çeçenistan və İnquşetiya sərhədində keçirilmiş xüsusi əməliyyat zamanı 7 silahlı zərərsizləşdirilib
# 17 mart 2013 02:29 (UTC +04:00)

Bakı-APA. Çeçenistan və İnquşetiya sərhədində keçirilmiş xüsusi əməliyyat zamanı 7 silahlı öldürülüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Çeçenistanla  İnquşetiyanın sərhədində dağlıq ərazidə 15 nəfərdən ibarət qanunsuz silahlı dəstə aşkarlanıb.  Ərazi dərhal xüsusi təyinatlılarla və daxili qoşunların birləşmələri ilə mühasirəyə götürülüb. Dəstənin yeddi nəfər üzvü avtomat və qumbaraatanlardan istifadə etməklə mühasirədən çıxmağa cəhd göstərib, lakin onların hamısı cavab atəşi ilə zərərsizləşdirilib. Hal-hazırda onların şəxsiyyəti müəyyənləşir.  

 

Toqquşma baş verən ərazidə 4 avtomat, 3 qumbaraatan, əl qumbaraları, döyüş sursatı aşkarlanıb.

 

Güc strukturları və mülki əhali arasında ölən və yaralanan yoxdur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR