Bank Of Baku

Dağıstanda 61 yaşlı məktəb müəlliməsi qətlə yetirilib

Dağıstanda 61 yaşlı məktəb müəlliməsi qətlə yetirilib
# 10 mart 2013 02:12 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Kurax kəndində martın 9-da axşam saatlarında məktəb müəlliməsinin  qətlə yetirilmiş cəsədi aşkar edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə region üzrə İstintaq komitəsinin nümayəndəsi bildirib.

 

“Dağıstanın Kurax rayonunun Kurax kəndində təxminən 22.20 radələrində üzərində bıçaq yarası olan qadın meyiti onun evində aşkar olunub”, deyə mənbə bildirib.   

 

Hadisə yerində əməliyyat-istintaq qrupu çalışır. Cinayətin səbəbləri araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR