Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyası Dağıstan Respublikasında 6 terrorçu zərərsizləşdirilib.
APA-nın məlumatına görə, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, 2 silahlı şəxs bu gün İzberbaş şəhərində öldürülüb. Onların kimliyi dəqiqləşdirilir.
Bu gün səhər Mahaçqala şəhərinin Kirov rayonundakı mənzildə isə 3 terrorçu məhv edilib. Onlar İzberbaşda 2 polisin qətlində şübhəli bilinir. Bundan bir qədər əvvəl mənzillərdən birində daha bir terrorçu zərərsizləşdirilib. İlkin məlumata əsasən Xalinbekov soyadlı bu şəxs yerli quldur dəstəsinin başçısıdır.
Xatırladaq ki, avqustun 12-də İzberbaşda Yol Patrul Xidməti əməkdaşlarına hücum olub. Nəticədə 2 polis əməkdaşı ölüb.