Bank Of Baku

Dağıstanda antiterror əməliyyat rejimi tətbiq edilib

Dağıstanda antiterror əməliyyat rejimi tətbiq edilib
# 28 avqust 2016 00:59 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Qarabudağkənd rayonunda antiterror əməliyyat rejimi tətbiq edilib.  

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.  

 

“Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə 21.00-dan (Bakı vaxtı ilə 22.00-da) etibarən  Dağıstanın Qarabudağkənd rayonunda antiterror əməliyyat rejimi tətbiq edilib”, - deyə məlumatda bildirilir.

 

Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir.

 

Ötən gün Qarabudağkənd rayonunda atışma zamanı bir silahlı öldürülüb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR