Bank Of Baku

DNT ekspertizası Peterburq terrorçusunun şəxsiyyətini müəyyənləşdirib

DNT ekspertizası Peterburq terrorçusunun şəxsiyyətini müəyyənləşdirib
# 05 aprel 2017 18:30 (UTC +04:00)

DNT ekspertizası Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyətini müəyyənləşdirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

 

Onun sözlərinə görə, yaxın müddət ərzində A.Cəlilovun valideynlərinin iştirakı ilə tanınma proseduru keçiriləcək. Hazırda istintaq Sankt-Peterburqda metroda partlayıcı qurğunu işə salan terrorçunun əlaqələrini araşdırır.

 

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR