Bank Of Baku

Erməni deputat: "Ermənistan Avrasiya İttifaqına məktəbli uşaq kimi can atır"

Erməni deputat: "Ermənistan Avrasiya İttifaqına məktəbli uşaq kimi can atır"
# 15 dekabr 2014 14:12 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Ermənistan hakimiyyəti ölkəni tələm-tələsik Avrasiya İttifaqına daxil etmək istəyir”.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentində çıxışı zamanı müxalifətçi deputat Aleksandr Arzumanyan bəyan edib.

 

O qeyd edib ki, əgər Belarus və Qazaxıstan hökumətləri öz ölkələri üçün daha münasib şərait əldə etməyə çalışırsa, Ermənistan ev tapşırıqlarını yerinə yetirən bir şagird kimi Avrasiya İttifaqına qoşulmağa can atır:

 

“Gəlin, gözləyək və görək, bizim belaruslu və qazaxıstanlı tərəfdaşlarımız hansı mənfəətlər əldə edəcək, sonra isə nə edəcəyimizi nəzərdən keçirək. Hara tələsirik? Siz burada yox, Avrasiya İttifaqına üzv ölkələrin paytaxtlarında ölkəmizin maraqlarını qorusaydınız, daha yaxşı olmazdımı?”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR