Bank Of Baku

Erməni əsgərin ölümü ilə bağlı istintaq yekunlaşıb

Erməni əsgərin ölümü ilə bağlı istintaq yekunlaşıb
# 01 sentyabr 2016 09:03 (UTC +04:00)

Bakı-APA. Bu ilin aprelin 11-də iki yük maşını arasında qalaraq həyatını itirən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Qarnik Avetisyanın işi ilə bağlı aparılan istintaq yekunlaşıb, iş məhkəməyə göndərilib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə,  bu barədə Ermənistan Ədliyyə Departamenti məlumat yayıb.

İttiham aktına əsasən, cari ilin 11 aprel tarixində əsgər Ayk Arutyunyan “Ural 4320” yük maşınının sükanı arxasında olarkən hərbi qulluqçu Qarnik Avetisyanı vurub.

A.Arutyunyana qarşı Cinayət Məcəlləsinin 377-ci maddəsinin 2-ci bəndinə əsasən ittiham irəli sürülüb.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qarnik Avetisyan aralarında qoşqu ilə birləşdirilən iki “Ural” və “Zil”  yük maşınları arasında sıxılaraq ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR