Bank Of Baku

Ermənistanda avqustun 1-dən elektrik enerjisinin qiyməti qalxacaq - YENİLƏNİB

Ermənistanda avqustun 1-dən elektrik enerjisinin qiyməti qalxacaq - <span style="color: red;">YENİLƏNİB
# 10 iyun 2014 23:23 (UTC +04:00)

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə iyunun 10-da Ermənistan parlamentində ictimai xidmətlərin tənzimlənməsi komissiyasının sədri Robert Nazaryan bildirib.  

 

Onun sözlərinə görə, qiymət artımı qaçılmazdır, əks təqdirdə “Ermənistan Elektrik Şəbəkəsi” çox mürəkkəb maliyyə vəziyyətində olacaq: hazırda qurumun borcu 16 mlrd 600 min dram təşkil edir.  

 

“İnanın ki, cəmiyyətin etirazını dinləmək bizə heç də xoş deyil. Qiymətlər artmasa, 2-3 ildən sonra siz özünüz bizdən soruşacaqsınız ki, enerji sisteminin bu vəziyyətə çatmasına  necə yol verdiniz”, deyə Nazaryan bildirib.  

 

Xatırladaq ki, bu ilin iyunun 4-də Ermənistanın  İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası saatda 1 kVt  elektrik enerjisinin qiymətini 3.8-4.3 drama qaldırmaq niyyətində olduğunu bəyan edib.  

 

Bundan əvvəl, ötən ilin iyulun 7-də elektrik enerjisinin tarifi 8 dram artırılaraq günün işıqlı vaxtında  saatda 1 kVt üçün 38 dram, gecə tarifi isə 28 dram müəyyən edilmişdi. Elektrik enerjisinin  bahalaşması cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu. 

 

Beləliklə, avqustun 1-dən elektrik enerjisinin tarifi günün işıqlı vaxtında  saatda 1 kVt üçün təxminən 42 dram ($0.10) , gecə tarifi isə 32 dram ($0.08) məbləğində müəyyən ediləcəyi gözlənilir.  

 

Qeyd edək ki,  iyunun 10-na olan məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 412 dram təşkil edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR