Bank Of Baku

Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir - YENİLƏNİB-1

Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir - <span style="color: red;">YENİLƏNİB-1
# 03 aprel 2017 05:34 (UTC +04:00)

Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir.


APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1501-nin protokolları MSK-ya daxil olub.


İlk yeri səslərin 49,32%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,74%)  qabaqlayıb.


Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.

 

***

 

04:15

 

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərində hakim partiya qalib gəlir.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 506 məntəqədən protokollar MSK-ya daxil olub.

 

İlk yeri səslərin 59,12%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə, əvvəlki kimi,  “Tsarukyan” bloku (26 %), üçüncü pillədə isə “Daşnaksutyun” partiyası (7,36%)  qərarlaşıb.

 

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

 

***

 

01:18

 

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 106 məntəqədən protokollar MSK-ya daxil olub.

 

İlk yeri səslərin 59,99%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə “Tsarukyan” bloku (22,12%), üçüncü yerdə isə “Daşnaksutyun” partiyasıdır (8,37%).

 

Digər partiya və bloklar 4%-dən az səs toplaya bilib. Seçkidə beş partiya (Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi”)  və dörd siyasi blok (“Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan”) iştirak edib.

 

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR