Bank Of Baku

Rusiya FTX-nın Ermənistanda qəzaya düşən əməkdaşı ölüb

Rusiya FTX-nın Ermənistanda qəzaya düşən əməkdaşı ölüb
# 26 avqust 2016 16:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda avtoqəzaya düşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan üzrə Sərhəd İdarəsinin əməkdaşı, kapitan Aleksandr Svitko xəstəxanada ölüb.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, qəza zamanı avtomobil uçuruma yuvarlanıb. Avtomobildə olan 38 yaşlı Artak Petrosyan adlı sərhəd xidməti əməkdaşı hadisə yerində ölüb. Rusiya FTX-nin əməkdaşı, 48 yaşlı Aleksandr Svitko isə kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR