Bank Of Baku

Ermənistanın Konstitusiya Məhkəməsi prezidentliyə namizədlərin iddialarını rədd edib

Ermənistanın Konstitusiya Məhkəməsi prezidentliyə namizədlərin iddialarını rədd edib
# 15 mart 2013 02:57 (UTC +04:00)

Bakı-APA.  Ermənistanın Konstitusiya Məhkəməsi martın 14-də ölkə prezidentliyinə keçmiş namizədləri Raffi Ovanisyan və Andreas Qukasyanın kütləvi saxtakarlıqla müşayiət olunan prezident seçkilərinin nəticələrinin tanınmaması barədə iddialarını rədd edib. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə,  Konstitusiya Məhkəməsinin qərarına əsasən, Mərkəzi Seçki Komissiyasının “Ermənistan prezidentinin seçilməsi barədə” 25 fevral tarixli qərarı qüvvədə qalır, Konstitusiya Məhkəməsinin bu qərarı isə nəşr olunan məqamdan qüvvəyə minir.  

 

Qeyd edək ki, məhkəmə iddiaların baxılmasına martın 11-dən başlayıb. Rəsmi statistikaya görə, prezident seçkilərində 37% səs toplamış “İrs” müxalifət partiyasının lideri Raffi Ovanisyan və 1 faizdən az səs toplamış “Ay Radiosu”nun rəhbəri Andreas Qukasyan kütləvi saxtakarlıqla müşayiət olunan prezident seçkilərinin nəticələrinin ləğv olunması tələbini irəli sürüblər.   

 

Ermənistan Konstitusiya Məhkəməsinin sədri oxuduğu qərarda bildirilib ki iddiaçı tərəflərin təqdim etdiyi faktlar seçkilərin ümumi nəticəsinə təsir etməyib.

 

Konstitusiya Məhkəməsi proses zamanı Raffi Ovanisyan və Andreas Qukasyanın nümayəndələrinin təqdim etdikləri vəsatətlərin heç birini təmin etməyib.

 

Qeyd edək ki Raffi Ovanisyan martın 10-dan İrəvanın mərkəzindəki Azadlıq meydanında aclıq aksiyası keçirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR