Bank Of Baku

Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb

Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb
# 02 aprel 2017 18:30 (UTC +04:00)

Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, “Erkir media” telekanalının   sifarişi əsasında "Baltic Surveys/The Gallup Organization" şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika  partiyası 46  faiz,  “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%),  dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

 

“Exit-poll” 125 məntəqədə 19 130 seçici arasında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR