Bank Of Baku

Fransa prezidenti: “Suriya probleminin nə vaxt həll olunacağı Vladimir Putinin mövqeyi ilə yaxından əlaqəlidir”

Fransa prezidenti: “Suriya probleminin nə vaxt həll olunacağı Vladimir Putinin mövqeyi ilə yaxından əlaqəlidir”
# 28 fevral 2013 10:07 (UTC +04:00)

 

Moskva. Fərid Əkbərov – APA. Suriya münaqişəsinin həlli yolu yaxın bir neçə həftə ərzində tapıla bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyada rəsmi səfərdə olan Fransa prezidenti Fransua Olland deyib. O bildirib ki, yaxın bir neçə həftə ərzində Suriyada müharibəyə son verəcək siyasi bir həll yolu tapıla bilər.

 

Bəşər Əsədin hakimiyyətdən getməsi mövzusunu Vladimir Putinlə müzakirə edəcəyini söyləyən F. Olland, Suriyada iqtidar dəyişikliyi mövzusunda dialoq qura biləcəyinə ümid etdiyini vurğulayıb: “Fransanın mövqeyi Əsədin getməsindən yanadır. Suriya müxalifətinin getdikcə gücləndiyini görürük. Müxalifət ölkənin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürə bilər. Onlar Əsədlə dialoq təklifini qəbul etmirlər. Suriya probleminin hərbi yolla həll edilməsi imkansızdır. Problemin həllinin vaxtı Vladimir Putinin mövqeyi ilə yaxından bağlıdır”.

 

Fransa prezidenti Fransa hərbi kontingentinin Əfqanıstandan çıxarılmasında V. Putindən kömək istəyəcəyini də açıqlayıb: “Malidə keçirdiyimiz əməliyyatlarda da Rusiya bizə dəstək verdi. Çünki biz, oradakı əməliyyatları beynəlxalq ictimaiyyətin xeyrinə həyata keçirirdik. Rusiya və Fransa böyük gücdürlər. BMT Təhlükəsizlik Şurası çərçivəsində dünyanın gələcəyi ilə bağlı məsuliyyətlərimiz var”.

 

F. Olland məşhur aktyor Jerard Depardyenin Fransa vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığına keçməsinə də münasibət bildirib: “Hər kəsin öz azad yaşam tərzi var. Depardye ölkədən ayrılmağa qərar verib. O, Rusiyanı sevir, Rusiya da onu... Bu, anlaşılandır. Lakin buna baxmayaraq, Depardye Fransanın məşhur aktyoru kimi qalacaq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR