Bank Of Baku

Gürcüstan və Rusiya arasında aviaəlaqələrin bərpası məsələsi Praqada müzakirə olunacaq

Gürcüstan və Rusiya arasında aviaəlaqələrin bərpası məsələsi Praqada müzakirə olunacaq
# 27 fevral 2013 14:36 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA. Gürcüstan və Rusiya arasında aviaəlaqələrin bərpası məsələsi martın 1-də Praqa (Çexiya) şəhərində müzakirə olunacaq.

 

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bununla əlaqədar Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında görüş keçiriləcək.

 

Z.Abaşidze görüşdə müntəzəm aviareyslər və humanitar məsələlərin müzakirə olunacağını deyib: “Çünki ticarət münasibətlərini bərpa etmək üçün öncə nəqliyyat kommunikasiyaları bərpa olunmalıdır”.

 

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ilin avqust müharibəsindən sonra kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR