Bank Of Baku

İran XİN-in sözçüsü Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüb

İran XİN-in sözçüsü Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüb
# 02 aprel 2013 08:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Ermənistanda səfərdədir. APA-nın İran mətbuatına istinadən məlumatına görə, R. Mehmanpərəst səfər çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryanla görüşüb. Görüşdə iki ölkə arasında ticarət, iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və regional məsələləri müzakirə edilib.

 

R. Mehmanpərəst İranda ermənilər başda olmaqla bütün etnik azlıqların yaxşı səviyyədə yaşadıqlarını bildirib: “İrandakı etnik azlıq və qövmlərin bu ölkəyə məhəbbəti tarixi və zəngin mədəniyyətimizdən qaynaqlanır. İran qonşuları ilə çox yaxşı əlaqələrə sahib olmaq istəyir. Çünki yalnız əməkdaşlıqla ölkələr arasındakı münasibətlərin yaxşı səviyyədə olması mümkündür. İran və Ermənistan arasında əlaqələr hər sahədə daha da inkişaf etdirilməlidir. Hazırda iki ölkə beynəlxalq platformalarda da əməkdaşlıq edir”.

 

S. Koçaryan isə öz növbəsində Ermənistanın bölgədə sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu deyərək İranın regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində əhəmiyyətli rolu olan güclü bir ölkə olduğunu söyləyib. İran və Ermənistan əlaqələrinin hər sahədə inkişaf etdirilməsinə əhəmiyyət verdiklərini bildirən S. Koçaryan İranla mühüm layihələrdə də ortaq sərmayələrin olmasının ikitərəfli əlaqələrin səviyyəsinin başqa bir göstərici olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR