Bakı. Məlahət Nəcəfova - APA. Aprelin 3-də Ermənistan paytaxtı ilə Türkiyənin Van şəhəri arasında ilk uçuş həyata keçiriləcək. APA-nın “Panarmenian.net”ə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın “Narekavan Tour” turizm şirkətinin direktoru Armen Ovanisyan deyib. O bildirib ki, aviareys həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək. Biletin qiyməti 250 dollar olacaq.
A. Ovanisyan qeyd edib ki, onlar bu reysin açılmasına 4 illik danışıqlardan sonra nail olublar. Onun sözlərinə görə, reysin açılması Türkiyə ilə Ermənistan arasındakı biznes münasibətlərinin inkişafına müsbət təsir edəcək.