Bank Of Baku

Keçmiş Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyan martın 10-da İrəvanın Azadlıq meydanında həlledici mitinq keçirəcək

Keçmiş Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyan martın 10-da İrəvanın Azadlıq meydanında həlledici mitinq keçirəcək
# 05 mart 2013 17:57 (UTC +04:00)

Bakı-APA. Keçmiş Ermənistan prezidentliyinə namizəd, “İrs” partiyasının lideri Raffi Ovanisyan martın 10-da İrəvanın Azadlıq meydanında növbəti “həlledici” mitinq keçirməyi planlaşdırır. APA-nın "News.am"a istinadən verdiyi xəbərə görə, o həmçinin martın 8-də Beynəlxalq qadınlar günü münasibəti ilə də mitinq keçirməyi planlaşdırır.    

 

Raffi Ovanisyan bu günkü aksiyada martın 10-na planlaşdırılmış mitinqdə yaşından asılı olmayaraq bütün xalqı iştirak etməyə dəvət edib. O martın 8-nə təyin olunmuş bayram mitinqini gələcək uzun mübarizəyə hazırlıq mərhələsi kimi qiymətləndirib.   

 

Ovanisyan çıxışında İrəvanın Ağsaqqallar şurasına (paytaxt parlamenti) mayın 5-nə təyin olunmuş seçkilərin  əhəmiyyətini də qeyd edib.  “Mayın 5-də xalq İrəvanda hakimiyyəti ələ keçirərək  onu xalq paytaxtı edəcək və bu hadisə bizim  mübarizəmizin  indiki mərhələsində mühüm qələbə olacaq. Mayın 5-dək biz hələ aprelin 9-da da qalibiyyətli kütləvi aksiya keçirəcəyik”, deyə Ovanisyan.  

 

Bundan əvvəl müxalifət ölkə prezidentinin andiçmə mərasimi günündə Azadlıq meydanında Ovanisyanın xalq inauqurasiyasını keçirəcəyini bəyan edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR