Bank Of Baku

Kiyev inauqurasiyaya rəsmi Moskvanın nümayəndəsini dəvət edib

Kiyev inauqurasiyaya rəsmi Moskvanın nümayəndəsini dəvət edib
# 04 iyun 2014 03:31 (UTC +04:00)

Bakı-APA. Ukrayna hakimiyyəti yeni seçilmiş prezident Pyotr Poroşenkonun inauqurasiyasına Rusiyanın Ukraynadakı  müvəqqəti işlər müvəkkili Andrey Vorobyovu dəvət edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Vorobyovun Kiyevin dəvətini qəbul edib-etməyəcəyi barədə məlumat yoxdur.

 

Xatırladaq ki, Pyotr Poroşenkonun inauqurasiyası iyunun 7-də keçiriləcək.

 

Ukrayna XİN nümayəndəsi Yevgeni Perebiynis  Rusiya prezidenti Vladimir Putin andiçmə mərasiminə dəvət olunmadığını təsdiqləyib.

 

ABŞ nümayəndə heyətinə inauqurasiyada vitse-prezident Co Bayden rəhbərlik edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR