APA-nın məlumatına görə, bu barədə Ukraynanın “5-ci kanalı” məlumat yayıb.
Beləliklə, məhkəmə Kiyev meriyasının müraciətini təmin etmiş olub.
Paytaxt meriyasında bildiriblər ki, qadağa yalnız qeyd olunan ünvanlara şamil olunur və şəhərin digər meydan və küçələrində kütləvi aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq edilmir.
“Müstəqillik meydanında və Avropa meydanında mitinqlərin keçirilməsinə qadağa qoyulması ilə bağlı müraciət qeyd olunan ünvanlarda Yeni il yolkalarının quraşdırılması ilə bağlı olub”, deyə şəhər administrasiyasından bildirilib.