Bank Of Baku

Kiyevdə qaza dair danışıqlar nəticəsiz yekunlaşıb, görüş iyunun 15-nə keçirilib

Kiyevdə qaza dair danışıqlar nəticəsiz yekunlaşıb, görüş iyunun 15-nə keçirilib
# 14 iyun 2014 22:48 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın energetika naziri Yuri Prodan bildirib. “Hələlik heç bir qərar qəbul edilməyib. Tərəflər növbəti dəfə təkliflərini izah ediblər, lakin heç bir qərar əldə olunmayıb.  Avrokomissar Qünter Ettinger danışıqların iyunun 15-də davam etdirilməsini təklif edib”, deyə Prodan bildirib.

 

Qeyd edək ki, Kiyevin “Hilton” otelində baş tutan danışıqlarda Ukraynanın energetika naziri Yuri Prodan, enerji məsələləri üzrə Avrokomissar Qünter Ettinger və Rusiyanın “Qazprom” konserninin rəhbəri Aleksey Miller iştirak edib. Lakin, danışıqların başlanmasından 3 saat keçəndən sonra Rusiya nümayəndə heyəti səbəbləri açıqlamadan danışıqları dayandıraraq tələsik oteli tərk edib.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR