Bakı – APA. Ukraynanın xarici işlər naziri Leonid Kojara bildirib ki, həm Ukrayna, həm də Avropa Birliyi assosiasiya sazişini imzalamağa hazır deyil. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, L. Kojara tələbələrlə görüşüb. Nazir deyib ki, iqtisadi-ticarət xarakterli bir sıra problemlər nəzərə alındıqda tərəflərin bu sazişi imzalamağa hazır olmadığı anlaşılır.
L. Kojara qeyd edib ki, sazişin Vilnüs sammitində imzalanmasından imtina etməklə prezident və hökumət Ukrayna xalqının maraqlarını rəhbər tutub: “Yaxın vaxtlarda Ukrayna-AB-Rusiya üçbucağındakı bütün mübahisəli məqamları aradan qaldırmaq və assosiasiya sazişini daha güclü və stabil mövqeyə malik olaraq imzalamaq niyyətindəyik”.