Bank Of Baku

M.Saakaşvili: “Məmurlara münasib maaş verilməsə dövlət aparatı dağılacaq”

M.Saakaşvili: “Məmurlara münasib maaş verilməsə dövlət aparatı dağılacaq”
# 08 noyabr 2015 01:34 (UTC +04:00)

Bakı-APA. Ukraynada məmurlara münasib maaşların verilməsinə başlanmasa, dövlət aparatı yaxın aylar ərzində dağılacaq.

 

APA-nın məlumatına görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində bəyan edib.

 

Onun sözlərinə görə, Ukraynada dövlət aparatı demək olar ki, dağılıb: “O, artıq nüfuzunu itirib. Hətta artıq oğurlaya da bilmir. Büdcə pulları əvvəlcədən, büdcəyə daxil olmadan oğurlanır”, deyə M.Saakaşvili bildirib.

 

“Əgər yaxın 5-6 ərzində gömrükdə ciddi dəyişikliklər baş verməsə, “qara deşik”lər tutulmasa, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq. Özü də tam şəkildə. Bununla da hakimiyyət iflic  vəziyyətinə düşəcək”, M.Saakaşvili əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR