Bakı-APA. Mahaçqalada baş vermiş partlayış nəticəsində bir nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə Dağıstan DİN-dən bildirilib.
Məlumata görə, partlayış ötən gün saat 20 radələrində Qoqol küçəsində baş verib.
“İTAR-TASS”ın məlumatına görə, ölən şəxsin üzərində polis əməkdaşları “şəhid kəməri” aşkarlayıblar. İlkin versiyaya görə, partlayış bomba aparılarkən qəfildən baş verib. Terrorçunun şəxsiyyəti müəyyənləşdirilir.