Bank Of Baku

Maksim Bakiyev 25 il azadlıqdan məhrum edilib

Maksim Bakiyev 25 il azadlıqdan məhrum edilib
# 27 mart 2013 17:39 (UTC +04:00)

Bakı - APA. Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim qiyabi olaraq 25 il azadlıqdan məhrum edilib. APA-nın K-News-a istinadən verdiyi məlumata görə, müvafiq hökmü Bişkek şəhər Pervomaysk rayon məhkəməsi çıxarıb. Hökm həmçinin M.Bakiyevin əmlakının müsadirə edilməsini də nəzərdə tutur.

 

Maksim Bakiyev korrupsiya və Qırğızıstan dövlətinin maraqlarına uyğun olmayan müqavilənin bağlanmasında müqəssir bilinir.

 

M.Bakiyev 2010-cu ilin aprelinədək Qırğızıstanda dövlət müəssisələrinin səhmlərini idarə edən agentliyə rəhbərlik edib. Çevrilişdən sonra Böyük Britaniyada yaşayır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR