Bakı. Anaxanım Hidayətova-APA. MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrda Minskdə keçiriləcək. APA-nın məlumatına görə, bu barədə bu gün Daşkənddə keçirilmiş iclasda qərar qəbul olunub. İclasda MDB hökumət başçıları Şurası və MDB dövlət başçıları Şurasının müzakirəsinə çıxarılacaq sənədlərin layihələri müzakirə edilib.