Bank Of Baku

Misirdə təyyarə qəzasında ölənlərdən 96 nəfərin cəsədi Peterburq morquna gətirilib

Misirdə təyyarə qəzasında ölənlərdən 96 nəfərin cəsədi Peterburq morquna gətirilib
# 02 noyabr 2015 22:38 (UTC +04:00)

Bakı-APA. Misirdə Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən 96 nəfərin cəsədi Sankt Peterburq  morquna gətirilib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlardan beşi yaxınları tərəfindən tanınıb.

 

Cəsədlərin tanınması proseduru noyabrın 3-nə keçirilib.

 

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə  Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR