Bank Of Baku

Misirdəki qəzanın qurbanlarının cəsədlərini daşıyan ikinci təyyarə Peterburqda enib

Misirdəki qəzanın qurbanlarının cəsədlərini daşıyan ikinci təyyarə Peterburqda enib
# 03 noyabr 2015 04:23 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya FHN-nə məxsus “İL76” tipli təyyarə ilə qəzada ölənlərin pasport və şəxsi əşyaları, həmçinin, cəsədlərin qalıqları gətirilib. Cəsədlər məhkəmə-tibbi ekspertizanın aparılması və yaxınları tərəfindən tanınması üçün istintaq orqanlarına təhvil veriləcək.   

 

Qeyd edək ki, Misirdəki  qəzanın qurbanlarının cəsədlərini daşıyan birinci təyyarə noyabrın 2-də Peterburqda enib. Məlumata görə, birinci təyyarə ilə 130-dan çox meyit və 40-dan çox cəsəd fraqmenti gətirilib.  

 

Bundan əvvəl ölənlərdən 96 nəfərin cəsədinin Sankt Peterburq  morquna gətirildiyi bildirilib.  Onlardan altısı yaxınları tərəfindən tanınıb.

 

Cəsədlərin tanınması proseduru noyabrın 3-nə keçirilib.

 

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə  Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR