Bank Of Baku

Moskva-İrəvan təyyarəsində insident baş verib

Moskva-İrəvan təyyarəsində insident baş verib
# 17 yanvar 2017 23:58 (UTC +04:00)

Moskva-İrəvan marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlərdən biri dava salıb.

 

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, insident yanvarın 16-da baş verib.

 

Məlumata görə, sərxoş vəziyyətdə olan 50 yaşlı kişi bort bələdçilərini təhqir edib, onlara zor tətbiq etməklə hədələyib, ekipaj üzvləri ilə mübahisə edərək, dava etməyə çalışıb.  

 

Təyyarə İrəvan aeroportuna eniş etdikdən sonra davakar sərnişin polis əməkdaşları tərəfindən saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR