Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Moskva birjasında ticarətə başlanan kimi doların kursu 1,7 rubl azalaraq 58,5 rubl təşkil edib.
“APA-Economics” “Lenta.ru”ya istinadən xəbər verir ki, avronun rubla nəzərən kursunda da 3,2 rubl azalma qeydə alınıb. Belə ki, 1 avro 71,9 rubl təşkil edir.
Bununla yanaşı, Rusiya Mərkəzi Bankı bir gün əvvəldən dekabrın 18-i üçün dolların rəsmi məzənnəsini 67,785 rubl, avronun məzənnəsini isə 84,589 rubl səviyyəsində müəyyənləşdirib.
Ekspertlər Rusiya valyutasının möhkəmlənməsini hökumət və Rusiya Mərkəzi Bankının antiböhran tədbirləri ilə əlaqələndirirlər. Belə ki, dekabrın 16-da gecə Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 6,5%, yəni illik 10,5%-dən 17%-ə qədər artırıb. Daha sonra məhdudiyyət aradan qaldırılaraq kredit təşkilatlarına əhali üçün kreditlərin faiz dərəcəsini istənilən səviyyədə artırmağa icazə verdi. Bu tədbir 2015-ci ilin iyulun 1-nə qədər qüvvədə olacaq. Həmçinin, depozitlər üzrə faiz dərəcəsinin də artırılır ( Rusiyanın 10 bankında əmanətlər üzrə orta faiz dərəcəsi 3,5 faiz bəndi təşkil edir).