Bakı-APA. Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada səfərdə olan Ermənistan dövlət başçısı Serj Sarkisyanla görüşəcək. Bu barədə APA Kremlin mətbuat xidmətinə istinadən məlumat verir.
Serj Sarkisyan üçün bu ikinci prezidentlik dövründə ilk xarici səfərdir.
Putinlə Sarkisyanın bundan əvvəlki görüşü 2012-ci il dekabrın 19-da keçirilib.
«Danışıqların gedişində Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişafı, regional problemlər, MDB məkanında, o cümlədən Avrasiya inteqrasiya prosesləri çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq», deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.