Bakı-APA. Moskvada zərgərlik mağazası qarət olunub. APA-nın məlumatına görə, mağazadan təxminən yarım milyon rubl dəyərində zinət əşyaları oğurlanıb. Naməlum şəxslər mağazaya daxil olaraq satıcının üzünə gözyaşardıcı qaz fısqırdıblar. Daha sonra vitrindəki qızıl məmulatlarını götürən qarətçilər aradan çıxıblar. Mağazaya basqın edənlərin axtarışı davam edir.