Bank Of Baku

Naməlum şəxslər Xasavyurtda deputata atəş açaraq yaralayıb

Naməlum şəxslər Xasavyurtda deputata atəş açaraq yaralayıb
# 03 aprel 2013 00:31 (UTC +04:00)

Bakı-APA. Xasavyurt şəhərində naməlum şəxslər Dağıstan parlamentinin deputatı Musa İslalovu yaralayıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə DİN-nin mətbuat xidmətində məlumat verilib.  

 

“Deputat maşınına minərkən ona naməlum şəxslər yaxınlaşıb. İstədiklərini almadıqda onlar atəş açaraq deputatı ayağından yaralayıb hadisə yerindən uzaqlaşıblar. Deputat yüngül yaralanıb və xəstəxanaya çatdırılıb”, deyə mənbə bildirib.  

 

Məlumata görə, insidentin Musa İslalovun xidməti fəaliyyəti ilə əlaqəsi yoxdur. “Hücum edənlərdə pul marağı olub, çünki deputat tikinti biznesi ilə məşğul olub”, deyə İstintaq Komitəsinin nümayəndəsi qeyd edib.

 

Hücum edənlərin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR