APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum silahlılar tərəfindən hücuma məruz qalanlar Saqopşi yaşayış məntəqəsində xüsusi əməliyyat nəticəsində öldürülmüş yaraqlıların yerləşdirildiyi morqu mühafizə edirmişlər.
Həkimlər iki nəfərin vəziyyətinin son dərəcə ağır olduğunu bildirirlər. Hazırda silahlıların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.