Bank Of Baku

Nikki Heyli: “Nüvə silahından imtina etmək mümkün deyil”

Nikki Heyli: “Nüvə silahından imtina etmək mümkün deyil”
# 27 mart 2017 21:37 (UTC +04:00)

Hazırda nüvə silahından imtina etmək mümkün deyil.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

 

“Təbii ki, mən ailəmin nüvə silahından azad dünyada yaşamasını istəyirəm. Lakin biz realist olmalıyıq. Bu gün Şimali Koreyanın nüvə silahından imtina edəcəyinə inanan varmı?”, deyə N.Heyli bildirib.

 

Qeyd edək ki, BMT-də nüvə silahının tam qadağası üzrə Konvensiyanın hazırlanmasına dair konfrans keçirilir. ABŞ, Böyük Britaniya və Fransa konfransda iştirak etməkdən imtina ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR