Bank Of Baku

Özbəkistanda prezident seçkilərinin tarixi açıqlanıb

Özbəkistanda prezident seçkilərinin tarixi açıqlanıb
# 09 sentyabr 2016 13:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Özbəkistanda növbədənkənar prezident seçkiləri dekabrın 4-də keçiriləcək.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalomov bildirib.

 

Seçki kampaniyasına bu gündən start verilib. Namizədlərin qeydiyyata alınması sentyabrın 30-da başlayacaq, oktyabrın 20-də bitəcək.

 

Qeyd edək ki, hazırda Özbəkistan prezidenti səlahiyyətlərini sabiq baş nazir Şavkat Mirzoyev icra edir.

 

Xatırladaq ki, prezident İslam Kərimov sentyabrın 2-də vəfat edib. O, 1991-ci ildən fasiləsiz olaraq Özbəkistana rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR