Bank Of Baku

Poroşenko: “Ukrayna nüvə ölkəsi statusunu bərpa etməyəcək”

Poroşenko: “Ukrayna nüvə ölkəsi statusunu bərpa etməyəcək”
# 13 dekabr 2014 16:17 (UTC +04:00)

Bakı - APA. Ukrayna nüvə ölkəsi statusunu bərpa etmək niyyətində deyil.

APA-nın məlumatına görə, bu barədə Avstraliyanın ABC telekanalına müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Bu, çox məsuliyyətsiz addım olardı. İnanın mənə, müasir zəmanədə müdafiə potensialının gücləndirilməsi, heç də nüvə potensialının gücləndirilməsi demək deyil. Bu, 20-ci əsrin texnologiyasıdır”, - deyə prezident bildirib.

P. Poroşenko xatırladıb ki, onun ölkəsi başqa dövlətlərin təhlükəsizliyini təminatına görə, könüllü olaraq nüvə silahının əldə olunmasından imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR