APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ukrayna XİN informasiya siyasəti Departamentinin direktor müavini Vasili Zvarıç bəyan edib.
“56 ölkənin nümayəndə heyətinin iştirakı təsdiqlənib. İnauqurasiya mərasiminə 23 ölkə, hökumət, parlament və beynəlxalq təşkilat rəhbəri qatılacaq”, - deyə Zvarıç bildirib.
Bundan əlavə, 5 nümayəndə heyəti baş nazirin müavini, digərləri isə xarici işlər nazirləri və səfirlər səviyyəsində mərasimdə iştirak edəcək.
Məlum olduğu kimi, Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimi iyunun 7-də Ali Radada keçiriləcək.
Azərbaycanı Ukrayna prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.