Bank Of Baku

Putin: "Suriyada vəziyyəti nizamlamaq üçün səyləri artırmaq lazımdır"

Putin: "Suriyada vəziyyəti nizamlamaq üçün səyləri artırmaq lazımdır"
# 13 noyabr 2017 20:31 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Suriyada uzunmüddətli sabitlik üçün səyləri artırmağın vacibliyini vurğulayıb.

 

APA-nın xəbərinə görə, bu barədə “RT” məlumat verib.

 

“Terrorçularla mübarizədə əldə olunan uğurların fonunda biz Suriyada vəziyyətin normallaşdırılmasını təmin etmək üçün səyləri artırmaq, siyasi nizamlanmanı inkişaf etdirmək, ölkənin bərpasında suriyalılara kömək məsələlərində cənab Ərdoğanla həmrəyik”, deyə V.Putin qeyd edib.

 

O həmçinin Ərdoğanı Suriya üzrə Rusiya və ABŞ-ın birgə bəyanatına dair məlumatlandırıb.

 

“Prezidentə məlumat verdim ki, Dananqda keçirilmış APEC sammitində biz ABŞ-ın prezidenti  Donald Trampla Suriyadakı vəziyyətə dair əsas yanaşmaları əks etdirən bəyanat qəbul etdik”, deyə Putin bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR