Qırğızıstanda qar uçqununun 3 avtomobilin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Bişkek-Oş avtomagistralında baş verib.
Ölənlər eyni avtomobildə olub. Onlar Nəqliyyat və Yol Nazirliyinin əməkdaşlarıdır.
Digər avtomobillərdə olan şəxslər xilas edilib.